Prezident İlham Əliyev Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. “XəbərAl.az” xəbər verir ki, sərəncama əsasən, polkovnik Rafiq Sultan oğlu Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilib. Qeyd edək ki, Rafiq Ramazanov daha əvvəllər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb. O, daha sonra iş yerini Dövlət Təhlükəsizliyi Xidmətinə […]
Bu gün Bakının Azadlıq meydanında Vətən Müharibəsində Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən Müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradından AZƏRTAC-ın fotoreportajını təqdim edirik: […]
Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib. Xeberal.az