Türkiyənin İstanbul şəhərində ağır qəza olub.
Xəbəral.az xəbər verir ki, Sultanqazi rayonunda relsdən çıxan tramvay sərnişin avtobusu ilə toqquşub.
Toqquşmanın təsiri ilə avtobus aşıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Qəzanın zərərlərini aradan qaldırmaq üçün yol müvəqqəti bağlanıb.