Dünya manset

Şimali Koreyanı qadın idarə edəcək

Sharing is caring!

Şimali Koreya lideri Kim Çen Inın ağır xəstə olması və ölüm təhlükəsi yaşaması ölkəsində mübahisələrə səbəb olub.

Xəbəral.az  xəbər verir ki, ölkə mediasının lider haqqında məlumat verməməsi fərziyyələri alovlandırıb.

Şimali Koreya xalqı Kim Çen Inın öləcəyi təqdirdə, yerinə kimin keçəcəyini müzakirə edir.

Kim Çen 2011-ci ildə atası Kim Çen İlin infarktdan ölməsindən sonra vəzifəyə gəlib. Dolayısı ilə o da vəzifəsini özündən sonrakı nəslə ötürməlidir. Lakin Kimin övladının olması barədə dəqiq məlumat yoxdur. Mütəxəssislərə görə, Kimin övladı varsa, o, ölkəni idarə edəcək yaşa gələnə qədər hakimiyyət Kimin bacısı və ona sadiq şəxslərə verilməlidir.

Hazırda Inın ən güclü xələfi olaraq bacısı Kim Yo Conq göstərilir. O, son 2 ildə hökumətin tərkibində xeyli önə çıxıb. Bu ilin aprel ayından bəri qardaşını müxtəlif rəsmi tədbirlərdə təmsil edən Kim Yo Kommunist Partiyası Mərkəzi komitəsi Dairə Direktorunun Birinci müavini vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir