manset Region

SON DƏQİQƏ: sayı 500-ə çatdı, “Mehmetcik”in qorxusundan ağladı, “Kürd şahinləri”… – FOTO/VİDEO

Sharing is caring!

Suriya Milli Ordusunun tərkib hissələrindən olan “Həmzə alayı” xüsusi təyinatlı qüvvələri “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatı üçün Fəratın şərqinə döyüşçülər göndərməkdə davam edir.

XəbərAl.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gecə Rasulayna daha 500 əsgər göndərilib.

“Fərat Qalxanı” hərəkatından sonra qurulan, “Zeytun budaqı” əməliyyatına da qatılan və tamamilə kürdlərdən ibarət olan “Kürd Şahinləri” YPG/PKK terror təşkilatı ilə döyüşmək üçün ağır silahların olduğu maşınlarla Fəratın şərqinə girib.

“Kürd Şahinləri” olaraq Fəratın şərqinə gedirik. PKK-nın kürd qardaşlarımıza yaşatdığı zülmə son qoyacağıq. Oradakı qardaşlarımızın qoruyucusu PKK deyil, bizik”, – qrupun komandirlərindən biri deyib.

Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” çərçivəsində ötən gecə əməliyyatların quru və havadan uğurla davam etdirildiyini açıqlayıb. Məlumata görə, öldürülən terrorçuların sayı 480-ə çatıb.

Terrorçular irəliləyən türk ordusunun qarşısında çarəsiz vəziyyətə düşüblər. Bunu YPG komandirlərindən birinin ağlamasından da aydın görmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir