Cəmiyyət

Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

Sharing is caring!


Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var.

“Report” xəbər verir ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Əmrah Vüqar oğlu Umarov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zərdab şəhəri, Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişin Raul Əziz oğlu Əliyev hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir