Dünya manset

Türkiyənin düşmənlərinə SON ZƏRBƏ Trampdan: Geri çəkilin!

Sharing is caring!

Əvvəlki gün Türkiyə və YPG/PKK terror təşkilatı arasında vasitəçilik təklif edən ABŞ prezidenti Donald Tramp bu dəfə terrorçulara bölgədən çəkilmə çağırışı edib.

XəbərAl.az xəbər verir ki, prezident çağırışı Vaşinqtonda seçicilərlə görüşündə səsləndirib.

“Öz sərhədlərimizə nəzarət edə bilmirik, Türkiyə-Suriya sərhədinə nəzarət etməyimiz mümkün deyil. Əsgərlərimiz daha 50 il Suriyada qala bilməzdilər. Ümid edirəm ki, YPG-lilər bölgədən çəkiləcəklər, Türkiyənin hava gücünə qarşı şansları yoxdur”, – Tramp bildirib.

O, YPG/PKK-nın Türkiyə sərhədindən 30 kilometr çəkilmə niyyətində olduğunu və bunun yaxşı bir şey olacağını söyləyib.

Tramp həmçinin, Türkiyəyə yönəlik təhdidlərini təkrarlayıb. Dini azlıqların qorunmayacağı halda, sanksiyaların tətbiq ediləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir