Ölkə

Ödəmə terminallarında bu ödənişə görə 1 manat tutulacaq – Video

Sharing is caring!

Ödəmə terminallarından “Azərişığ”ın qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq.

XəbərAl.az xəbər verir ki, bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib. 

“Bu, xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olarkən monitorda qeyd olunub. Qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib və yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında digər şirkətlərə də şamil edilib”, – deyə Əfəndiyeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir