Ölkə

Yazıçılar birliyində yazıçı olmayanlara ev verilir: Siyahıda müşaviri və sürücüsü də var

Sharing is caring!

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.

Məlumata görə, AYB həmin mənzillərdən 21-ni öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunur ki, mənzillər təmirsizdir.

“AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir”, – deyə mənbəmız bildirib.

Maraqlı nüanslardan biri də odur ki, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.

Beləliklə, siyahını təqdim edirik:

1.Əli – Təsərrüfat şöbəsinin müdiri

2.Elmar – Təsərrüfat şöbəsinin işçisi

3.Anarın sürücüsü

4.Elxan Zal – evi var

5.Ülviyyə Heydərova – jurnalist

6.Arifə Əliyeva – Kadrlar şöbəsinin müdiri, AYB-dən üçüncü evi alıb.

7.Məlahət Qənbərova

8.Rauf Aslanov – Anarın müşaviri

9.Şəmsiyyə Camalova – İlqar Fəhminin katibəsi, evi var

10.Aləmzar Sadıqqızı – ilk dəfə alıb

11.Narıngül Nadir – evi var.

12.Şəfəq Sahibli – evi var.

13.Südabə Ağabalayeva – “Azərbaycan” jurnalının baş redaktoru

14.Elçin Hüseynbəyli – evi var

15.Firuz Mustafa – evi var

16.Vaqif Əlixanlı – evi var

17.Dəyanət Osmanlı – AYB-dən aldığı ikinci ev

18.Xanəmir – evi var

19.Uluçay Akif – evi var

20.Güləmayıl Murad- evi var

21.Gülxani Pənah – evi var.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir