İdman

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib

Sharing is caring!


Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

“Report” xəbər verir ki, bu barədə diplomat UEFA AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – Fransa nümayəndəsi qeyd edib.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə – 198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə endirərək fərqlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir