Cəmiyyət

Bakı metrosunda nasazlıq: Qatar boşaldıldı – AÇIQLAMA

Sharing is caring!

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb.

Oxu.Az xəbər verir ki, hadisə metronun “Nizami” stansiyasında baş verib. İlkin məlumata görə, qapılarda yaranan problem səbəbindən sərnişinlər stansiyada düşürülüb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, stansiyada vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.

“Təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüblər. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.
Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir