Cəmiyyət

Xaçmazda vəzifəli şəxs məsuliyyətə cəlb edilib

Sharing is caring!


Xaçmazda ətraf mühitin çirkləndirilməsinə görə növbəti bələdiyyə sədri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Qobuqırağı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə, kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir