Müsahibə

İsrailin ordusu Livanda “Hizbullah”ın bölmə komandirini məhv edib

Sharing is caring!


İsrailin ordusunun endirdiyi zərbə nəticəsində Livanda “Hizbullah” təşkilatının “Radvan” bölməsinin yüksəksəviyyəli komandiri məhv edilib.

Bu barədə İsrailin təhlükəsizlik xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkənin cənubunda atəşə tutulan avtomobildə komandir və “Hizbullah”ın digər üzvü olub. Vəziyyətin gərginləşə biləcəyi vurğulanıb.

Verilən məlumata görə, həmin komandir “Hizbullah”ın İsrailə hücum etdiyi Livanın cənubunda hərbi əməliyyatların idarə olunmasında mühüm rol oynayıb.

Son məlumatlara görə, İsrailin hücumları nəticəsində oktyabrın 7-dən bəri Livanda “Hizbullah”ın 130-dan çox üzvü öldürülüb.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir