Dünya

“Beşiktaş”ın transfer etmək istədiyi futbolçu qadın zorlamaqda ittiham olunur

Sharing is caring!


“Real Betis”in portuqaliyalı yarımmüdafiəçisi Karvalyu Uilyama qarşı zorlama ittihamı ilə istintaq işi başlayıb.

Artıq 31 yaşlı futbolçu ilkin dindirmə üçün istintaq orqanlarına dəvət olunub. Hələlik hadisənin digər təfərrüatı açıqlanmır.

Qeyd edək ki, Türkiyənin “Beşiktaş” klubu artıq bir müddətdir ki, Karvalyu Uilyamı sıralarına qatmağa çalışır. İstanbul klubu futbolçunun agenti ilə görüşüb, tərəflər, hətta müqavilənin detallarını müzakirə ediblər.

Mənbə: OK Diario

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir