Müharibə

“Dəniz kuboku”nda növbəti mərhələ üzrə tapşırıqlar icra olunub – FOTO

Sharing is caring!

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi dənizçilər müsabiqənin “Dəniz hazırlığı” mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.

Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə İran komandası 40 xalla birinci, Rusiya komandası 38 xalla ikinci, Azərbaycan və Qazaxıstan HDQ-nin komandaları isə 32 xalla üçüncü yerə layiq görülüblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir