İdman

Azərbaycan sumoçuları Yaponiyada “İmperator” Kubokuna qatıla bilərlər

Sharing is caring!

Azərbaycan sumoçuları gələcəkdə Yaponiyada keçirilən ənənəvi “İmperator” Kubokuna qatıla bilərlər.

Bu barədə “Report”a müsahibəsində Avropa Sumo Federasiyasının vitse-prezidenti və Azərbaycan Sumo Federasiyanın prezidenti Samir Abdullayev məlumat verib.

Onun sözlərinə görə, plan baş tutsa, sumonu təbliğ etmək asan olacaq:

“Biz hazırda Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının nəzdindəyik. Bu qurumun prezidenti Adil Ağamirov yaponlarla birbaşa əlaqələr qurmaq istəyir. Gələcəkdə idmançılarımızdan kimlərinsə yapon məktəblərində məşq etməsi, “İmperator” Kubokuna qatılması nəzərdə tutulub. Televizoru açanda sumoçularımızın da orada güləşdiyini gördükdən sonra deyəcəklər ki, bu, azərbaycanlıdır. Hazırda Yaponiyada müxtəlif ölkələrdən güləşən idmançılar var. Ora getmək üçün çəki yuxarı olmalıdır. Çünki orada kateqoriyalar yoxdur, mütləq çəkidir. İdmançını əvvəlcə arıqladır, sonra öz proqramlarına uyğun çəkilərini artırırlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir