Müharibə

Ağkənd Azərbaycanın nəzarətinə keçdi — VİDEO+FOTO

Sharing is caring!

İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.

XəbərAl.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”da yazılıb:

“Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

Qeyd edək ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edərkən evləri yandırırlar.

Xatırladaq ki, Ağkənd Sovet dövründə Zəngilan bölgəsinin bir hissəsi olub.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir