Müharibə

36 min hektardan çox ərazi minalardan təmizlənib – FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının birinədək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36 260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 10 440 ədəd piyada əleyhinə, 3 301 ədəd tank əleyhinə mina və 12 693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.

Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir