Müharibə

Azərbaycanın XİN başçısı ilə Vendi Morton arasında telefon danışığı baş tutub

Sharing is caring!

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlər bölgədəki cari vəziyyət, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar. BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.

Nazir Vendi Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Vendi Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət yetirməsinin mühüm olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir