Müharibə

Döyüş maşınları startda: Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq başlayıb – VİDEO

Sharing is caring!


Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki qardaş ölkənin birgə təlimi 23-25 oktyabr tarixlərində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir