Siyasət

Füzulidəki ikinci və üçüncü yaşayış kompleksində 5 300-dən çox insan yaşaya biləcək

Sharing is caring!


“Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu ikinci və üçüncü yaşayış kompleksləri çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarət olacaq, ikinci kompleksdə 2 300-ə yaxın, üçüncü kompleksdə isə 3 000-dən çox insan yaşaya biləcək”.

“Report” xəbər verir ki, bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.

O qeyd edib ki, şəhərin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Ümumilikdə 2 288 nəfər üçün nəzərdə tutulan ikinci kompleks üçün 9 hektardan çox, 863 mənzildə 3 022 nəfərin yaşaması nəzərdə tutulan üçüncü kompleks üçün isə 12 hektardan çox ərazi ayrılıb. İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı, üçüncü kompleksdə isə 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.

Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksək sürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir