Müharibə

İsrailin sabiq baş naziri: “Azərbaycan qarşıda duran problemləri qısa müddətdə həll etmək iqtidarındadır”

Sharing is caring!


“Azərbaycan çox qərarlı şəkildə qarşıda duran problemləri hərbi münaqişələrə getmədən qısa müddətdə həll etmək iqtidarındadır”.

“Report” xəbər verir ki, bunu İsrailin sabiq Baş naziri Ehud Olmert Bakıda “Azərbaycanda kibertəhlükəsizlik günlərinə” həsr olunmuş konfransda deyib.

E.Olmert deyib ki, uzun illərdir davam edən İsrail-Azərbaycan münasibətləri İsraildə yüksək qiymətləndirilir:

“Ölkələrimiz arasında münasibətlər çox böyük əhəmiyyətə malikdir.

İsrailin baş naziri olduğum vaxtlarda bizim Azərbaycanla çox yaxın əməkdaşlığımız var idi. Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxın dostluğumuz var. Prezidenti çox böyük lider və ilhamverici bir şəxs və yaxın dostum olaraq görürəm”.

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutan 3 günlük konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları və özəl müəssisə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir