Siyasət

Hikmət Hacıyev: “Antiterror tədbiri lokal və məhdud xarakter daşıyırdı”

Sharing is caring!


“Ermənistan silahlı qüvvələrinin Qarabağda qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizliyə ciddi problem idi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBC News”a müsahibəsində deyib.

“Azərbaycan həmişə bildirib ki, qeyri-qanuni hərbi birləşmələrin Azərbaycan ərazisindəki mövcudluğu regional sülh və təhlükəsizliyin təmin edilməsinə böyük problemlər yaratmağa davam edir. Lakin buna baxmayaraq, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda yer alan “Azərbaycan ərazisindəki silahlı erməni birləşmələri çıxarılmalıdır” öhdəliyini icra etməkdən boyun qaçırıb”, – o vurğulayıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycan lokal antiterror tədbirləri görməyə məcbur qaldı:

“Ermənistan Azərbaycan ərazisində hərbi quruculuğunu davam etdirirdi və biz 10 min hərbçinin Azərbaycanın suveren ərazisində olmasından danışırıq. Bundan başqa, 100 tank, 200 artilleriya hissəsi və raket mövcuddur. Azərbaycan dəfələrlə bunlarla bağlı çağırışlar edib, ancaq təəssüf ki, onlar Azərbaycanın çağırışlarına diqqət yetirməyiblər. Buna görə də Azərbaycan ərazisində lokal antiterror tədbirləri görməyə məcbur qaldı. Başqa seçim yox idi. Bu tədbir lokal və məhdud xarakter daşıyırdı. Biz genişmiqyaslı hərbi əməliyyatdan qətiyyən danışmırıq”.

Prezident köməkçisi onu da söyləyib ki, Azərbaycan heç bir halda mülki şəxsləri hədəf almayıb:

“Ancaq azərbaycanlı mülki şəxslər və polis əməkdaşları Ermənistanın Azərbaycanın Qarabağ regionundakı qanunsuz hərbi birləşmələrin təxribatçı qrupları tərəfindən basdırılmış mina qurbanı oldular”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir