Müharibə

Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

Sharing is caring!


Laçın rayonunun Zabux kəndinə köç başlayır.

“Report” xəbər verir ki, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3”də, məktəbin qarşısında olacaq.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir