Müharibə

BQXK Qarabağın erməni sakinlərini “Laçın” SBM-dən növbəti dəfə Gorus istiqamətinə apardı – VİDEO

Sharing is caring!


Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

APA xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.

Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus doqquz nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan üç nəfəri BQXK-nın üzvü, doqquz sürücü, 10 xəstə, yeddi müşayiətçi, bir tibb işçisi) “Laçın” SBM-dən keçidi təmin olunub.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir