Müharibə

Naxçıvan Ali Məclisi Ermənistanı Laçın yolundakı təxribatları dayandırmağa çağırıb

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin avqustun 1-də keçirilən növbədənkənar sessiyasında Laçın yolunda baş verənlərə münasibət bildirilib.

“Report”un yerli bürosunun xəbərinə görə, müzakirələr zamanı qeyd olunub ki, Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsində humanitar yardım adı ilə təxribat törətməsi qəbuledilməzdir.

Ali Məclis İrəvanı belə hallara son qoymağa çağırıb.

Qeyd olunub ki, muxtar respublikanın qanunverici orqanı və ictimaiyyəti Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi siyasəti dəstəkləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir