Müharibə

Rusiya XİN Laçın yolundakı vəziyyəti şərh etdi – VİDEO

Sharing is caring!


“Laçın yolundakı vəziyyətə Rusiya Xarici İşlər Nazirliyi 24 apreldə yaydığı bəyanatda öz rəsmi mövqeyini bildirib”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru saytının jurnalisti Sona Rüstəmovanın Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurmasından sonra İrəvanın Moskvanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etməsi ilə bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, hazırda istər Rusiya Sülhməramlı Kontingenti səviyyəsində, istərsə də siyasi müstəvidə Laçın yolundakı vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır.

“İnanırıq ki, tərəflər 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Biz Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, – Zaxarova vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir