Müharibə

Şəhid Elşad Həsənovla vida mərasimi keçirilir – FOTO/VİDEO

Sharing is caring!


Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Qabil oğlu Həsənovun nəşi ailəsinə təhvil verilib.

Oxu.Az xəbər verir ki, mərhumun cənazəsi Ağstafa rayonunun Xətai kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Ağstafa rayon Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir