Dünya

Məşhur reperin klip çəkilişində atışma: Azı 10 yaralı – FOTO/VİDEO

Sharing is caring!

Məşhur amerikalı reper Frenç Montananın (Kərim Xarbuş) klipinin çəkilişi zamanı atışma olub. Nəticədə azı 10 nəfər yaralanıb.

Hadisə Mayamidəki (ABŞ) restoranlardan birində baş verib.

Polis zərərçəkənlərin dəqiq sayını hələ təsdiqləməyib.

Şahidlərdən birinin sözlərinə görə, Frenç Montana klip çəkdirən zaman kimsə bir göz qırpımında ifaçının əlindəki əşyaları alıb qaçıb. Montananın saatı, açarları və pul kisəsi oğurlanıb. Bundan sonra atəş səsləri eşidilməyə başlayıb.

Polis insidentlə bağlı istintaqa başlayıb.

Mənbə: TMZ

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir