Müharibə

“Dünyanın Xankəndi-Şuşa yolunda keçirilən etirazları görməməsi böyük ədalətsizlikdir” – RƏY

Sharing is caring!

“Azərbaycan vətəndaşlarının haqlı aksiyaları günlərdir davam edir. Vətəndaşlarımız ekologiyamıza qarşı törədilən vandalizm aktını əsla qəbul edə bilməzlər. Ümumilikdə isə dünyada qlobal istiləşmənin müzakirə olduğu bir vaxtda təbii sərvətlərimizin qanunsuz istismarı yolverilməzdir”.

Bunu “Report”a müsahibəsində Xankəndi-Laçın yolunda keçirilən aksiyanı müşahidə edən politoloq Tural İsmayılov söyləyib.

O qeyd edib ki, Azərbaycanın müvafiq dövlət qurumlarının Qızılbulaq və Dəmirli yataqlarında monitorinq aparmalarına icazə verilmədiyi üçün aksiyalar hələ də davam edir. Aksiya iştirakçıları hava şəraitindən asılı olmayaraq, müntəzəm şəkildə öz tələblərini səsləndirirlər.

“Aksiyanın siyasiləşdirilməsi ilə bağlı Ermənistan mətbuatında yayılan məlumatların real əsası yoxdur və həqiqəti əks etdirmir. Orada heç bir siyasi şüar səsləndirilmir. İnsanların Laçın-Xankəndi yolunda toplaşmalarının mahiyyəti siyasi deyil. Aksiya ekofəalların və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiyamıza qarşı həyata keçirilən terrora etirazını ifadə edir”, – T.İsmayılov vurğulayıb.

Onun fikrincə, ən böyük ədalətsizlik ondan ibarətdir ki, beynəlxalq qurumlar yüzlərlə insanın haqq səsinə reaksiya vermir:

“Günlərdir yüzlərlə insan ekoterrora etiraz etsə də, dünya bu etirazları görməyərək nə qədər ədalətsiz olduğunu bir daha göstərmiş olur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir