Müharibə

ANAMA: “Kəlbəcərdə partlayan minanın tərkibində 7,5 kiloqram partlayıcı maddə olub” – FOTO

Sharing is caring!

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olub”.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rafiq Cəbrayılov deyib.

O bildirib ki, hazırda ərazi minalarla çirklənib və çox təhlükəlidir:

“Tərəfimizdən əraziyə baxış keçirilib. Partlayış yerinin krateri yoxlanılaraq dəlillər götürülüb. İlkin ehtimala görə, ərazidə “TM-62M” tipli tank əleyhinə minanın partlayışı ola bilər. Ərazidən götürdüyümüz dəlillər də həmin “TM-62M” tipli tank əleyhinə minanın hissələrinə bənzəyir”.

“Onu da qeyd etmək istəyirəm ki, “TM-62M” tipli tank əleyhinə mina təzyiqlə işə düşür, tərkibində 7,5 kq partlayıcı maddə olur. Hazırda ərazi mühafizə olunur”, – ANAMA əməkdaşı vurğulayıb.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir