Müharibə

Aysunun geridə qoyduğu dünya qədər kədər yükü və onsuz keçən iki il – FOTO

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından iki il ötür.

2020-ci ilin oktyabrın 27-də “Smerç” raketləri ilə həyata keçirilən xain hücumu beş kənd sakininin həlak olması ilə nəticələnib ki, onlardan biri də 7 yaşlı Aysu İsgəndərova idi.

Aysu düşmənin hücumu baş verən vaxt dünyanın bütün qayğılarından, müharibənin, ölümün soyuq üzündən uzaqda – yelləncəkdə oynayırmış.

Atası işdə olarkən evlərindən duman qalxdığını görüb. Körpə balasının ölə biləcəyinə ehtimal belə etmədən evə gəlib. Çatanda isə qızını qan içində, parçalanmış halda tapıb.

“İşdə idim. Səsi eşidəndə gördüm ki, tüstü biz tərəfdən çıxır. Getdim ki, uşaq yoxdur. Gördüm ki, Aysunun daxili orqanları çölə dağılıb. Əlimlə yığıb apardım”, – deyə Rövşən İsgəndərov hadisə anını xatırlayıb.

Mənfur düşmənin qanlı əlləri cəbhə xəttindən çox uzaqda yerləşən Bərdənin Qarayusifli kəndinə uzanaraq, onun hələ ikinci sinifdə oxuyan sevimli qızını qoparıb bu həyatdan…

İndi o atanı heç nə ilə ovutmaq mümkün deyil. Heç bir ifadə bu kədəri daşımağa, ifadə etməyə qadir deyil…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir