Cəmiyyət

Sahibkarlıq subyektlərini gözləyən yeniliklər AÇIQLANDI

Sharing is caring!

2023-ci il 1 yanvar tarixindən etibarən sahibkarlıq subyektlərini gözləyən yeniliklər açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, gələn ili yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xarici qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq olunduqdan sonra icazə veriləcək:

“Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək”.

“Qida məhsullarının, eləcə də mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək”, – deyə o əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir