Müharibə

Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

Sharing is caring!

Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

O bildirib ki, beynəlxalq hüquqa görə minalar mülki insanlara qarşı yönəlməməlidir:

“Minaların basdırılması insan həyatına təhlükə kimi qiymətləndirilir. Ermənistan hələ də minaların xəritələrini təqdim etməyib. Müharibədən sonra minalar səbəbindən xeyli insan ölüb və yaralanıb. 300 mindən çox mina, o cümlədən digər partlamamış hərbi sursatlar aşkarlanıb. Ermənilərin təqdim etdiyi xəritələrin dəqiqlik faizi çox aşağı – 25-30 faizdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir