Cəmiyyət

Nazirlər Kabineti icbari sığortaya dair bəzi qərarlarında dəyişiklik edib

Sharing is caring!


Nazirlər Kabineti 6 iyul 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari sığortalar haqqında” Qanunda edilmiş dəyişikliklə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” Qanunla müəyyən edilmiş məlumatları Daxili İşlər Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək.

Bundan başqa, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” Qanunla müəyyən edilmiş məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir