Müharibə

“Ermənistanın terrorçu bir dövlət olduğu artıq bütün dünyaya məlumdur” – RƏY + FOTO

Sharing is caring!

“Ermənistanın terrorçu bir dövlət olduğu artıq bütün dünyaya məlumdur”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu dövlət iki yüz ilə yaxındır terrorla məşğuldur və ermənilər 150 ildən çoxdur ki, təşkilatlanmış şəkildə dünyanın müxtəlif yerlərində terror aktları törədirlər:

“Bəlkə də Ermənistan dünyada yeganə dövlətdir ki, burada parlamentdə təmsil olunan partiyalardan bir neçəsinin, o cümlədən Daşnaksütyun partiyasının nizamnaməsində terror mübarizə forması kimi qeyd olunub.

Biz isə erməni terroruna ən çox məruz qalan ölkə və xalqıq. Qarabağ münaqişəsi başladığı gündən bu günə qədər ermənilər Azərbaycana qarşı yüzdən çox terror törədiblər. Binaları, yaşayış evlərini, avtobusları, qatarları, helikopterləri vurub, mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər”.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında ermənilərin duruş gətirə bilməməsindən bəhs edən deputat vurğulayıb ki, onlar hələ də terrorçu əməllərindən əl çəkmirlər:

“Təkcə, Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücuma məruz qaldı, yüzlərlə insan zərər çəkdi, 27 nəfər isə həlak oldu. Ölənlər arasında körpə uşaqlar da var. Bu terror nəticəsində uşaqlar valideynsiz qaldı”.

Müharibənin də öz qaydalarının olduğunu xatırladan M.Quliyev deyib ki, müharibə heç bir halda sivil insanlarla aparılmamalıdır:

“Azərbaycan Vətən müharibəsində bütün dünyaya sübut etdi ki, müharibəni necə əxlaqlı aparmaq olar. Ermənilər Azərbaycan xalqında qorxu yaratmaq, bizi haqq işimizdən çəkindirmək üçün bu yollara əl atdılar. Digər tərəfdən öz səriştəsizliklərinə bu cür bəraət qazandırmağa çalışırdılar. Azərbaycanı da eyni addımları atmağa təhrik etməyə çalışsalar da, buna nail ola bilmədilər. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi”.

“Postmüharibə dövründə də erməni terroruna təkcə siyasi və mənəvi deyil, eyni zamanda hüquqi qiymət verilməsi məsələsini aktuallaşdırmışıq. Bu işdə isə hər birimiz fəal olmalıyıq. Lakin təəssüf ki, bu günə qədər bir neçə ölkədən başqa Ermənistana terrorçu deyən eşitməmişəm. İndiyə kimi Xocalı soyqırımını bütün dünya tanımalı idi. Amma ikili standartlar bu məsələdə də özünü aydın şəkildə büruzə verir. Terrorçu dövləti Fransa kimi bir ölkənin himayə etməsi, ona bəraət qazandırması, bu qədər erməni terroru qarşısında hətta Azərbaycanı təqsirləndirməsi ona başucalığı gətirmir. Bütün bunlara baxmayaraq, Azərbaycan öz haqq işini davam etdirəcək. 30 illik işğala Azərbaycan özü necə son qoydusa, hesab edirəm ki, erməni vandalizminə də lazım olan cavabı özümüz verəcəyik. Bu da bütün dünyaya bir ibrət dərsi olacaq”, – M.Quliyev əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir