Cəmiyyət

Zibil toplama məntəqəsi adı ilə ağacların dibi betonlandı

Sharing is caring!

Xətai rayonu, Sarayevo küçəsindəki yaşıllıq zolaqda axşam saatlarında tikinti işləri aparılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, sakinlər tikinti işi şübhə doğurduğu üçün polisə müraciət ediblər:

“Ərazidə zibil toplama məntəqəsi tikiləcəyini bildirilir. Eyni zamanda, ağacların dibi qazılaraq beton tökülüb”.

Məsələ barədə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır:

“Əməkdaşlarımız ərazidədirlər. Orada hansı tikilinin olması barədə araşdırma aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir