Cəmiyyət

AMADA: “Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub” – FOTO

Sharing is caring!

“AMADA tərəfindən son 5 ildə idmançılar arasında aşkar edilən antidopinq qayda pozuntularının 56 faizi narkotik və steroidlərlə bağlıdır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli “Narkotik və steroidlə mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ümumilikdə AMADA tərəfindən 2017-2022-ci ildə idmançılar arasında aşkar edilən antidopinq pozuntularının 43 faizi streoidlər, 13 faizi narkotiklərin istifadəsi ilə bağlıdır.

“Beynəlxalq Antidopinq Agentliyi tərəfindən aşkar edilən qayda pozuntularının 64 faizi steroid və narkotiklərin istifadəsi ilə bağlıdır. Pozuntuların 44 faizi steroid, 19 faizi narkotiklərlə bağlıdır. Ölkəmizdə də bu problem aktualdır.

Aparılan beynəlxalq araşdırmalar əldə edilən rəqəmlər göstərir ki, dünyada steroidlərdən istifadə edənlərin 25 faizi gələcəkdə narkotik maddə istifadəçisinə çevrilir”.

Photostock.az tədbirdən görüntülər lentə alıb:

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir