Siyasət

Ukrayna səfiri: “İki il sonra Gəncədə barıt qoxusu artıq yoxdur, lakin həmin emosiyalar qalıb”

Sharing is caring!

Terror aktı baş vermiş əraziyə gələn şəxsin emosiyaları hər zaman eynidir. Bu, terror aktının nə vaxt və harada icra olunmasından asılı deyil.

APA xəbər verir ki, bunu Gəncədə səfərdə olan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

O, iki il öncə Gəncəyə səfər etdiyini xatırladıb:

“Çox yaxşı xatırlayıram, 2 il bundan öncə biz bura, Gəncəyə gəlmişdik. Şəhər atəşə tutulduqdan sonra burada barıtın iyi hiss olunurdu. Ola bilsin ki, 2 ildən sonra barıt qoxusu artıq yoxdur, lakin həmin emosiyalar qalıb, əsasən də həlak olan uşaqların oyuncaqlarını görəndə… Bu emosiyalar daha da artıb. Məni hər zaman valideynlərim öyrədib ki, insan ağrı hiss edirsə, o sağdır, lakin nə zaman ki, digər şəxsin ağrısını hiss edirsən, sən insansan. Buna görə də, ukraynalılara bu bəlkə daha da aydındır, ələlxüsus da indiki dövrdə”.

Diplomat qeyd edib ki, Azərbaycanda baş verənlər indi Ukraynada baş verir:

“Bizdə də dinc əhali yaşayan şəhərlər fasiləsiz olaraq atəşə tutulur. Biz də Azərbaycanın hər gün və əsasən 2020-ci ilin 4-18 oktyabr tarixləri aralığında hiss etdiyi ağrını hiss edirik. Mən bunu sadəcə olaraq xatırlayıram. Qohumlarımın mənə ötürdükləri hissləri görürdüm və dostlarım səfirliyə zəng vurub xahiş edirdi ki, onların da başsağlığını buradakı dinc əhaliyə çatdırım”.

Səfir vurğulayıb ki, Ukrayna Azərbaycan xalqının və dövlətinin dəstəyini yüksək qiymətləndirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir