Müharibə

Putin Azərbaycan-Ermənistan sərhədindəki hadisələrə münasibət bildirdi – VİDEO

Sharing is caring!

“Azərbaycan və Ermənistan arasında istənilən münaqişəli vəziyyət Rusiya Federasiyasında ciddi narahatlıq doğurur. Moskva tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxışı zamanı deyib.

“Vurğulayıram ki, bizə yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz hər kəsi təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, – deyə o bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir