Dünya

Strasburq Universiteti elektrik enerjisinə qənaət üçün bağlanacaq

Sharing is caring!

Strasburq Universitetinin rektorluğu elektrik və istilik enerjisinə qənaət məqsədilə bu təhsil ocağını qış aylarında iki həftə müddətinə bağlamaq qərarına gəlib.

Bu barədə Fransanın aparıcı təhsil müəssisələri siyahısına daxil olan universitetin rektoru Mişel Deneken tələbələrə ünvanladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, rəhbərlik universitetin iki həftə bağlı qalması üçün tətil günlərinin uzadılması və cədvəldə digər dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Bundan əlavə, Deneken vurğulayıb ki, universitetdə istilik mövsümü mümkün qədər gec başlayacaq.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci ildə təhsil müəssisəsinin elektrik və istilik xərcləri 10 milyon avro təşkil edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir