Müharibə

Ekspert: “Ermənistan təxribatlara görə məsuliyyətə cəlb olunmalıdır”

Sharing is caring!

“Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı onun sülh prosesinə mane olmaq niyyətini açıq şəkildə nümayiş etdirir”.

Bunu “Report”a açıqlamasında Ortaq Gələcəyə Malik Cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm deyib.

“Bu təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilər var, həmçinin hərbi infrastruktura ziyan dəyib. Ən narahatedici məqam odur ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə bu yaxınlarda iki ölkənin liderləri arasında keçirilən görüş Ermənistan tərəfinin sadəcə olaraq əməkdaşlıq imitasiyasıdır. Bu ölkənin rəhbərliyi heç vaxt sülh və insanlıq işinə sadiq olmayıb”, – o bildirib.

Pakistanlı ekspert əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan administrasiyası var gücü ilə üçtərəfli bəyanatların həyata keçirilməsinə qarşı çıxır.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarını işğaldan azad edəndən bəri bu ərazilərdə fəal şəkildə minatəmizləmə işləri aparır:

“Lakin Ermənistan Azərbaycan ərazilərində qəsdən minalar yerləşdirməkdə davam edir. Buna görə də beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana təcavüzünə və atəşkəs müqaviləsinin fundamental norma və qaydalarını kobud şəkildə pozmasına diqqət yetirməsinin vaxtı çatıb. Bu ölkə təxribat xarakterli hərəkətlərinə görə cavab verməlidir”.

Xalid Taymur Əkrəm sonda vurğulayıb ki, beynəlxalq təşkilatlar və xarici media ermənilərin təxribatlarına diqqət yetirməli və təcili tədbirlər görməlidir.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında və 13-də gündüz Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir