Hüquq

Azərbaycanlı Beynəlxalq Arbitraj Məhkəməsində Departament rəhbəri təyin edilib

Sharing is caring!

Azərbaycan Respublikası vətəndaşı Ruslan Mirzəyev 2022-ci ilin aprel ayında Parisdə yeləşən və dünyanın əsas arbitraj məhkəməsi hesab edilən Beynəlxalq Arbitraj Məhkəməsinin Administrasiyasının rəhbərliyinin üzvü, Təlim və tədris departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

Təlim və tədris departamenti dünyada arbitrların, vəkillərin, mediatorların, hakimlərin, hüquqşünasların və dövlət işçilərinin arbitraj, mediasiya və kommersiya hüququnun müxtəlif sahələrində potensialının artırılması, onların təhsil və təlimlərinin təşkil edilməsinə məsuldur. Bu vəzifədə onun kurasiyasına həmçinin Beynəlxalq Ticarət Palatasının Dünya Biznes Hüququ İnstitutu da daxildir.

Beynəlxalq arbitraj məhkəməsi 40 milyondan çox müəssisəni özündə birləşdirən Beynəlxalq Ticarət Palatasının nəzdində fəaliyyət göstərir. Beynəlxalq arbitraj məhkəməsinin əsas ofisi Parisdə, regional ofisləri isə Nyu-York, San-Paulu, Honqkonq, Sinqapur və Əbu-Dabidə yerləşir.

Bu vəzifəyə təyin edilənə qədər Ruslan Mirzəyev BMT, Dünya Bankı, Asiya İnkişaf Bankının mediatoru, Avropa Şurası və Avropa İttifaqının arbitraj və mediasiya üzrə eksperti kimi fəaliyyət göstərib.

Həmvətənimizə peşəkar fəaliyyətində uğurlar arzu edirik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir