Cəmiyyət

Kürdəmirdə şəhid Nəzər Əzizov torpağa tapşırılıb – FOTO

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri 31 yaşlı Əzizov Nəzər Ağacəlil oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olan şəhid rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, N.Əzizov ailəlidir, iki övladı var. Onun oğlu sabah birinci sinfə gedəcək.

Dursun Tağıyeva

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir