İdman

UEFA Gənclər Liqası: Azərbaycan çempionunun oyunlarının başlama saatı AÇIQLANDI

Sharing is caring!


Bu mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin U-19 komandasının birinci mərhələdə Macarıstanın “Puşkaş” Futbol Akademiyası ilə keçirəcəyi oyunların saatı açıqlanıb.

Avropa futbol qurumundan verilən məlumata görə, “qırmızı-qaralar”ın oktyabrın 4-də Qəbələ şəhər stadionunda oynayacağı görüş saat 16:00-da başlayacaq.

Azərbaycan çempionunun oktyabrın 24-də səfərdə keçirəcəyi cavab matçı isə Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir