Siyasət

Ərdoğan: “Türk dünyası olaraq geniş bir sahədə əməkdaşlığımızı daim təkmilləşdiririk”

Sharing is caring!


“Türk Dövlətləri Təşkilatı çərçivəsində gördüyümüz hər bir işə böyük önəm və dəyər veririk. Türk dünyası olaraq səhiyyədən müdafiəyə, təhsildən energetikaya qədər geniş bir sahədə əməkdaşlığımızı daim təkmilləşdiririk. Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra türk dövlətlərindəki qardaşlarımızın millətimizlə həmrəyliyini unutmamışıq və unutmayacağıq. İnanıram ki, aramızda qardaşlıq ruhunu möhkəm saxladıqca böyük uğurlara imza atacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Tibb Dünyası IX Qurultayı və “Əziz Sancar” elm, xidmət və təşviq mükafatlarının təqdimetmə mərasiminə göndərdiyi videomesajda bəyan edib.

Qurultayın Türk dövlətləri arasında səhiyyə sahəsi üzrə əməkdaşlıq potensialının tam səfərbər olunmasında çox mühüm rol oynadığını qeyd edən Türkiyə prezidenti bildirib ki, getdikcə artan və 2030-cu ilədək 1,5 trilyon dollarlıq büdcəyə çatacağı gözlənilən süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir edir.

“Səhiyyədə süni intellekt mövzusunda ediləcək təqdimat və müzakirələrin hamımızın dünyagörüşünü genişləndirəcəyi şübhəsizdir. Bu istiqamətdə göstərdiyiniz və göstərəcəyiniz səylərə görə əvvəlcədən hər birinizə minnətdarlığımı bildirmək istəyirəm”, – deyə prezident vurğulayıb.

İstanbul şəhərində Türkiyə prezidentinin himayəçiliyi ilə “Türkiyə Yüzilliyi” çərçivəsində IX Türk Tibb Dünyası Qurultayı öz işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mənbə: Etik Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir