Müharibə

Korotçenko: “Ermənistanın KTMT və Rusiyaya hərbi dəstək çağırışı hüquqi baxımdan qanunsuzdur”

Sharing is caring!

“Ermənistanın KTMT və Rusiyaya hərbi dəstək çağırışı hüquqi baxımdan qanunsuzdur”.

Oxu.Az-ın məlumatına görə, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-yə müraciətini özünün “Telegram” kanalında şərh edərkən bildirib.

O, söhbətin lokal sərhəd insidentindən getdiyini qeyd edərək, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya olunmadığını xatırladıb və bu halda dövlətlər arasında sərhədin olmadığını, de-fakto təmas xəttinin mövcud olduğunu vurğulayıb.

“Silahlı insidentin mənbəyi Ermənistan tərəfi və onun silahlı təxribatlarıdır. Azərbaycan tərəfi yalnız cavab tədbiri görüb, yəni bu fəaliyyət özünümüdafiə kateqoriyasına aiddir”, – deyə o əlavə edib.

“Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir (revanşizm, təhdidlər, təxribatlar)”, – deyən ekspert Moskva və KTMT-nin vəziyyəti həll etmək üçün siyasi və diplomatik üsullardan istifadə etdiyini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir