Media

Əli Həsənovun Media Mirasları- Gəlişmə

Sharing is caring!

Əli Həsənovun Media MİRASLARI

Bir neçə il öncə belə bir yazım olmuşdu – “Yaltaqlanan sayt rəhbərləri, işvəli katibələr, qanunsuz ev verilən aşiqlər, rəqqasələr, bir sözlə Azərbaycan mətbuatını viranə qoyan Əli Həsənov, Vüqar Səfərli və onların cibi dolu əhatəsi”

O, zaman Əli Həsənov prezident köməkçisi idi. Mən və mənim kimi 3-5 jurnalist var idi ki, bütün tədbirlərdən kənarda qalmışdıq, dövlətin medianın inkişafına ayırdığı maliyyədən məhrum edilmişdik. Amma yenə də hərdən qorxa-qorxa da olsa da sözümüzü deyirdik.

Təbii ki, sözünü çəkinmədən deyən jurnalistlərə ya reket damğası vurulurdu, ya da savadsız, “xəstə” deyib rüsvaycasına bütün dövlət tədbirlərindən, ayrılan dövlət dəstəyindən kənarlaşdırılırdı. İndi Əli Həsənovla Vüqar Səfərlini daş-qalaq edənlər o vaxtı bizləri, gizli yolla şantaj edib gözdən salmağa çalışırdılar. Dəfələrlə bu şəxslər barədə tənqid yazanda, zəng edirdilər ki, yazıları yığışdır, yoxsa…

Hansı birini deyim, indi “peşakar jurnalist” titulu alıblar. Yenə də ”köhnə hamam, köhnə tas”. Heçnə dəyişmir…

Vaxtı ilə Əli Həsənovun maliyyə ayırdığı, uşağının adını “Əli, Vüqar” qoyan mediadronlar… Bilirsiz niyə “dronlar” deyirəm? Çünki, Əli Həsənov kimi vurmaq istəyirdi bu adamlardan dron kimi istifadə edirdi.

İndi də əl çəkmirlər. Məcburən özlərini “dürtürlər” ki, Əhməd İsmayılova yol tapsınlar, heçnə olmamış kimi, “harda aş, orada baş olsunlar…”.

Amma hələ ki, özümə təskinlik verirəm. Necə deyərlər: ”Yeməkdən, ümüd yaxşıdır”.

Medianın gələcək inkişafı ilə bağlı dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bunlardan da biri də prezident İlham Əliyevin sərəncamı ilə Medianın İnkişaf Agentliyinin yaranmasıdır. Agentliyin yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir. Elektron informasiya cəmiyyətinə sürətli keçid, qlobal informasiya məkanında tamamilə fərqli məzmunlu, rəqabət mühitinin və fəaliyyət prinsiplərinin formalaşması, o cümlədən müasir dövrün çağırışları, media subyektlərinin fəaliyyətində köklü dəyişikliklərə əsas yaradır.

Bu quruma və Əhməd müəllimə ümüdimiz böyükdür. Əsas odur ki, həyatımızda medianın fəaliyyəti şəffaf olsun və Prezidentin KİVDF-dən sonra yaratdığı qurum hansısa qüvvələr tərəfindən “monopoliya”ya alınmasın. Düzdür hələ də meydanda Əli Həsənovun və Vüqar Səfərlinin üzü qara, imkanlı əl altı sayt və qəzet rəhbərləridir. Yenə də imkan vermirlər.

Yenə də yaxın gələcək də yaxşı olacağına inanırıq. İnanırıq ki, jurnalistlərə ayrıseçkilik edilməyəcək. Prezident İlham Əliyevin jurnalistlər üçün inşa etdirdiyi evlər jurnalistlər arasında düzgün formada bölünəcək. Dövlət tərəfindən keçirilən tədbirlərə jurnalistlər sifarişlə deyil, ümumi şəkil də dəvət olunacaq.

Nə olar əl çəkin! Nə olar imkan verin! Azərbaycan mətbuatı nəfəs alsın. Hərənizin 5-10 yerdə məzili var. Xidməti və şəxsi maşınlarınız var. Heç olmasa redaksiyanın kirayəsini, yaşadığımız evin kirayə haqqını verə bilməyən, yazıb-yaratmağa həvəsi olan yazıq bəzi jurnalistlər də dövlətin ayırdığı imkanlardan, maliyyədən yararlansın.

Axı bu dövlət hamımızındır?!

Yenə də sabaha ümüdlə baxırıq. Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir.

Son olaraq bunu deyim: “Evi evsizlərə ver, atam balası”

Allah Azərbaycanımızı Qorusun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir