MDB

ABŞ-da şaxtalı hava 30 nəfərin həyatına son qoydu

Sharing is caring!

Qar, buz, yağış və dondurucu soyuqlar ABŞ-ı cənginə alıb.

XəbərAl.az xəbər verir ki, kəskin hava şəraiti ölkənin Kanada sərhədlərindən Meksikayadək müşahidə olunur.

Hava şəraiti 170 milyon insanın həyatına təsir edib, işıq və istilik problemindən əziyyət çəkməsinə səbəb olub. 30-dək şəxsin dondurucu hava səbəbindən həyatını itirdiyi bildirilir. 

Məlumata görə, havanın kəskinləşməsindən ən çox əziyyət çəkən ştat Texasdır. Burada 4 milyon 300 min ev və iş yeri işıqsız qalıb. Kentukki, Alabama, Şimali Karolina kimi ətraf ərazilərdə də 500 mindən çox insan elektrik kəsintisi ilə üzləşib.

Texasın Hyuston şəhərində 500-dən çox insanın kəskin soyuğa görə bələdiyyələrin binalarına sığındığı, bir çox vətəndaşın isə donmamaq üçün maşınlarında qaldığı bildirilir.

Vurğulanıb ki, Texas -18 dərəcə temperaturla son 30 ilin ən soyuq qışını yaşayır. Minnesotada 39, Kanzasda 34 və Cənubi Dakotada 26 dərəcə şaxta var.

Havaya görə Texasda üç mindən çox təyyarə reysi ləğv edilib. Havanın daha da kəskinləşəcəyi açıqlanıb. Cümə axşamından bəri sərt qış və yolların buz bağlaması nəticəsində baş verən qəzalarda 11 nəfər həyatını itirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir