Cəmiyyət

Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir

Sharing is caring!

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən müharibə ərzində bir addım belə geri çəkilmədi və mübarizəsini davam etdirdi. Biz bu qələbəyə Azərbaycanın şanlı Silahlı Qüvvələrinin, Azərbaycan rəhbərliyinin və xalqımızın birliyi hesabına nail olduq. Çətin relyef şəraitində düşmənə qarşı mübarizə aparan Müzəffər Azərbaycan Ordusu peşəkarlıq, məharət, güc və hərbi elm sahəsində düşməni torpaqlarımızdan qovmağa nail oldu. Bu gün artıq dünyanın aparıcı hərb məktəblərində İkinci Qarabağ Müharibəsindəki uğurlu əməliyyatlar və şanlı qələbəmizin sirri öyrənilir. 44 günlük müharibənin gedişində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqı qarşısında vaxtaşırı çıxış etməsi, dünya dövlət rəhbərlərinə və mediyalarına beynəlxalq normalar çərçivəsində cavab verməsi, siyasi sabitlik və vətəndaş birliyinə nail olması, siyasi və beynəlxalq müstəvidə qələbənin Azərbaycan dövlətinin xeyrinə nəticələnməsini təmin etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

Xalqımızın şanlı qələbəsini əbədiləşdirmək və erməni vəhşiliyini həm dünyaya, həm də gələcək nəsillərə nümayiş etdirmək üçün Bakıda Xətai rayonunda açıq səmada 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı yaradılmışdır. 44 günlük müharibə dövründə Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət kimi götürdüyü hərbi texnika, silah-sursat eksponat kimi sərgilənib. Hərbi Qənimətlər Parkı Azərbaycan dövlətinin apardığı müharibənin miqyasını və qələbənin möhtəşəmliyini göstərir.

Prezident İlham Əliyevin hər bir çıxışında, işğaldan azad edilmiş ərazilərimizə ardıcıl  səfərlərinin hər birində tarixi Zəfərimizdən geniş bəhs olunur, ermənilərin əsl simaları, Azərbaycan xalqının bu illər ərzində necə vəhşi ilə üz-üzə dayandığı əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılır. Erməni vandalizmi insanlığa qarşı cinayətdir. Onların törətdikləri vəhşiliklər dəhşətlidir. Xalqımız erməni vəhşiliyini heç vaxt unutmamalıdır.

Bəli, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandan sahibinə qovuşmuş torpaqlarımıza səfər edərkən bəyan edir ki, bundan sonra bu torpaqlarda əbədi qalacağıq. Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda daim dalğalanacaq. Hazırda bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışın ilk addımı atılıb. Dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə soydaşlarımızın rahat yaşayışı üçün hər cür şərait yaradılır. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Bu Zəfər tarixdə əbədi qalacaq.

Aysel Əsədova,

Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir