MARAQLI

Sərnişin təyyarəsinin iki pilotu kabinədə yumruq davasına çıxdı

Sharing is caring!

“Air France” aviaşirkətinin iki pilotu kabinədə dava edib.

Bu barədə aviaşirkətin sözçüsü məlumat verib.

Bildirilir ki, hadisə Cenevrə-Paris reysində baş verib. Kabinədə davaya baxmayaraq, uçuş davam edib.

Məlumata görə, kapitan və köməkçi pilot təyyarə havaya qalxandan dərhal sonra mübahisə ediblər. Münaqişə qızışanda isə biri digərini vurub, bundan sonra onlar bir-birilərinin yaxasından yapışıblar.

Pilotları stüardessalar ayırmalı olublar və onlardan biri uçuşun sonuna qədər pilotlarla birlikdə kabinədə qalıb. Sonda təyyarə təhlükəsiz eniş edib.

Mübahisənin dəqiq səbəbi açıqlanmır.

“Air France” sözçüsü əlavə edib ki, kabinədə yaranan münaqişə uçuşun qalan hissəsinə təsir etməyib. Onun sözlərinə görə, artıq hər iki pilot işdən kənarlaşdırılıb.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir